Dünyanın ən məşhur və zəngin müğənnilərindən biri, amerikalı Beyonsun L'Oreal parfümeriya konserninin reklam fotosessiyaları üçün çəkilmiş 200-ə yaxın fotosu internetdə yayılıb.
Bu fotolar fotoşopa, manipulyasiyalara qədər Beyonsun real görkəmini əks etdirir.
"Flawles" mahnısı ilə dünyaca məşhur olan 33 yaşlı müğənni bu fotolarda milylonlarla insanın gördüyü təki yox, real, gerçək simasındadır.
Milli.Az Complex-ə istinadən bildirir ki, L'Oreal-ın fotoarxivinə hücum edən hakerlər fotoları "The Beyonce World" saytında yerləşdiriblər.
2013-cü ildə hazırlanmış fotosessiya üçün çəkilmiş bu şəkillərin arasından ən yaxşıları seçilmiş, sonradan fotoşopa məruz qalmış və L'Oreal-ın reklamlarında istifadə olunmuşdu.
Beyonsun vəkilləri fotolardan xəbər tutan kimi "The Beyonce World" saytında onlar silinib. Lakin Complex bu fotoları artıq yaymışdı.
Fotolar hazırda sosial şəbəkələrdə geniş müzakirə olunur.
Beyonsun vəkilləri bildiriblər ki, fotoların yayılması ilə bağlı məhkəməyə müraciət edəcəklər.
Milli.Az
















