Kanadalı müğənni Castin Biber onunla selfi çəkdirmək istəyən pərəstişkarlarının bu hərəkətindən yorulduğunu bildirib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, özünü zooparkdakı heyvan kimi hiss etdiyini bildirən 22 yaşlı müğənni sosial şəbəkədə onunla şəkil çəkdirmək arzusunda olanlara işmarış göndərib:
"Əgər siz haradasa məni görsəniz, bilin ki, artıq heç kimlə şəkil çəkdirməyəcəm. Artıq o həddə çatıb ki, insanlar hətta mənimlə salamlaşmır və məni insan kimi görmürlər. Özümü zooparkda heyvan kimi hiss edirəm. Başa düşürəm ki, bu qərarımdan narazı olanlar olacaq. Heç kimi mənimlə foto çəkdirməyə məcbur etmirəm. Albomumu alanlarla şəkil çəkdirmək məcburiyyətində də deyiləm. Siz ancaq aldığınız albomun pulunu ödəyirsiniz".
Qeyd edək ki, Biber konsertindən sonra fanatları ilə görüşməyi artıq ləğv edib. Müğənni konsertdən sonra yorulduğunu və dincəlməyə vaxtı olmadığını bildirib.
Milli.Az