Castin Biber Londona köçdü - FOTO

Castin Biber Londona köçdü - FOTO
11:05 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Los-Anceles şəhərindəki malikanəsində yaşayan kanadalı müğənni Castin Biber Britaniyanın paytaxtı Londona köçüb.

Milli.Az The Guardian-a istinadən bildirir ki, 22 yaşlı müğənni Londonun şimalında 15 otaqlı lüks malikanəni icarəyə götürüb. O, icarə pulu qismində ayda 108 min funt-sterlinq ödəyəcək.

2010-cu ildə tikilmiş bu malikanə 2006-cı ildə 5 milyon funta təmir olunub.

Bu arada bəlli olub ki, C.Biber yenə model Sofi Riçi ilə birlikdədir. 18 yaşlı Sofi Riçi məşhur amerikalı müğənni Laynel Riçinin qızıdır.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR