Dünyanın ən çox qazanan gənc ulduzları - REYTİNQ - FOTO

Dünyanın ən çox qazanan gənc ulduzları - REYTİNQ - FOTO
10:52 16 Noyabr 2016
128 Maraqlı
Ölkə mətbuatı
A- A+

Nüfuzlu Forbes jurnalı 2016-cı ildə dünyada ən çox pul qazanmış, yaşı 30-dan az olan ulduzların reytinqini açıqlayıb.

Reytinqə 26 yaşlı amerikalı müğənni Teylor Sfift başçılıq edir.

Milli.Az bildirir ki, o, il ərzində 170 milyon dollar qazanıb.

Ötənilki reytinqdə Svift 80 milyon dollar xalis gəlirlə 2-ci yerdə idi. Bu il onun gəlirlərini 2015-ci ilin mayında başlanmış "1989" konsert turnesi təmin edib. Turnedən əldə olunan ümumi gəlir 250 milyon dollardır.

"One Direction" qrupu 110 milyon dollarlıq gəlirlə 2-ci yerdədir.

İspaniyanın "Barselona" klubunun argentinalı qoleadoru Lionel Messi 81,5 milyon dollarlıq gəlirlə 3-cü pillədə qərarlaşıb.

Reytinqi təqdim edirik:

1. Teylor Svift - 170 milyon dollar

2. "One Direction" - 110 milyon

3. Lionel Messi - 81,5 milyon

4. Adel - 80,5 milyon

5. Rianna - 75 milyon

6. Castin Biber - 56 milyon

7. Novak Cokoviç - 56 milyon

8. Kevin Düran - 56 milyon

9. The Weeknd - 55 milyon

10. Sem Nyuton - 53 milyon dollar.

Milli.Az









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR