Müdhiş qəzanın təfərrüatı: pilotun atası da qəzada həlak olubmuş - FOTO

Müdhiş qəzanın təfərrüatı: pilotun atası da qəzada həlak olubmuş - FOTO
11:27 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Braziliyanın "Şapokoense" futbol klubunun heyətinin olduğu təyyarənin qəzaya uğradığı məkanda axtarışlar başa çatıb.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, təyyarədə 77 nəfər vardı. Onların arasında "Şapokoense"nin 4 oyunçusu, stüardessa və jurnalist sağ qalıblar.

Çarter reysi ilə Boliviyadan Kolumbiyanın Medelyin şəhərinə uçan təyyarə Medelyindən təxminən 30 km aralıda qəzaya uğrayıb.

Klubun qapıçısı Markos Danilo sağ qalsa da, sonradan xəstəxanada keçinib.

Boliviyanın "LaMia Bolivia" aviaşirkətinə məxsus  "Avro RJ85" təyyarəsinin baş pilotu Miqel Kiroqa laynerin partlamaması üçün havada yanacaq baklarını boşaldıb. Bu səbəbdən də təyyarə yerə düşəndə partlayış olmayıb.

Miqel Kiroqanın atası Orlando Kiroqa da pilot idi: o, 1963-cü ildə aviaqəzada, 53 yaşında həlak olub.

Miqel Kiroqa Braziliya parlamentinin sabiq senatoru Rocer Pintunun qızı ilə ailə qurmuşdu. Onların üç övladı vardı.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/494361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR