Faciəyə düşmüş klubda yasdır - FOTO

Faciəyə düşmüş klubda yasdır - FOTO
11:37 30 Noyabr 2016
124 Maraqlı
Ölkə mətbuatı
A- A+

Braziliyanın "Şapokoense" futbol klubunun heyətinin olduğu təyyarənin qəzaya uğradığı məkanda axtarışlar başa çatıb.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, təyyarədə 77 nəfər vardı. Onların arasında "Şapokoense"nin 4 oyunçusu, stüardessa və jurnalist sağ qalıblar.

Çarter reysi ilə Boliviyanın Santa-Krus şəhərindən Kolumbiyanın Medelyin şəhərinə uçan təyyarə Medelyindən təxminən 30 km aralıda qəzaya uğrayıb.

"Şapokoense" klubu Cənubi Amerika Kubokunun (Copa Sudamericana) finalında Medelyinin "Atletiko Nasyonal" komandası ilə qarşılaşmalı idi.

Boliviyanın "LaMia Bolivia" aviaşirkətinə məxsus,  "Avro RJ85" kimi tanınan "British Aerospace 146" təyyarəsinin qəzasında həlak olan futbolçuların ailə üzvləri bu gün yürüş keçiriblər.

"Şapokoense" klubunun arenasında isə matəmdir. Klubun sağ qalan oyunçuları dərin depressiyadadırlar.

Milli.Az













































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR