Nə istəiyirsiniz məndən?! Rədd olun burdan, murdar alçaqlar! Adamı xəstə edərsiniz siz!
Məşhur kanadalı müğənni Castin Biber onun görüntülərini çəkmək istəyən jurnalisitlərə bu sözləri deyib.
Milli.Az ABC-yə istinadən bildirir ki, olay Avstraliyanın Kuinslend əyalətində, Sanşayn Kost sahillərindəki kiçik özəl adada yaşanıb.
23 yaşlı Castin Biber bu adada istirahət edir.
Nusa arxipelaqının yanındakı Meykpis adlı bu kiçik ada ingilis milyarder Riçard Brensona məxsusdur.
C.Biber bu adanı bir həftəlik icarəyə götürüb. İcarə pulu bir sutkaya görə 5500 dollardır.
Kanadalı müğənni Avstraliyada turnedədir. O, Melburn şəhərindəki "Etihad Stadium"da konsertə yollanarkən arenanın qarşısındakı fanatlarlao qarşılaşmışdı.
Sinirlənmiş müğənni fanat qızlardan birini təhqir edib: "Sənə baxanda ürəyim bulanır!"
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:






