Radamel Falkao və Fabio Koentrao vergidən yayınmaqda ititham olunur.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid prokurorluğu Falkaonun "Atletiko", Koentraonun "Real"da çıxış etdiyi zaman Virgin adaları, Panama və İrlandiyada yerləşən şirkətlərin xidmətindən istifadə etməsi barədə məhkəməyə məlumat göndərib. Məlum olduğu kimi, bu ölkələrdə "çirkli pulların yuyulması" üzrə ixtisaslaşan şirkətlər fəaliyyət göstərir. Falkaonun 2012-14-cü illərdə 5.6 milyon, Koentraonun isə 1.29 milyon avro vergini ödəmədiyi bildirilir.

Milli.Az