Panamada bir günlük tətil elan edilib.
Metbuat.az-ın xəbərinə görə, buna səbəb Panama millisinin dünya çempionatına vəsiqə qazanması olub.
Panama prezidenti Xuan Karlos Varela bu qələbə münasibətilə ölkədə bir günlük bayram tətili elan edib.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin Şimali və Mərkəzi Amerika zonasının qrupunda son turda Kosta-Rikaynı 2:1 hesabı ilə məğlub edən Panama millisi tarixi ərzində ilk dəfə mundiala vəsiqə qazanıb.