Bunları gördükcə, “şeytanın belə ağlına gəlməz” deyəcəksiniz.
Metbuat.az xəbər verir ki, Ekvadorda bir mənzilin döşəməsini açan səlahiyyətli şəxslər 12 milyon dollar tapıblar. Pulun narkotik şəbəkəsinə aid olduğu güman edilir. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.

Oğrulara qarşı bu üsulu görmüsünüz?
Otel müştərilərindən biri hazırladığı bu üsulu sosial mediada paylaşıb. Qapı önünə bir stul və dəstəyə 2 ədəd stəkan qoyaraq, təhlükəsizliyinizi təmin edə bilərsiniz.

Puerto-Rikoda 70 yaşındakı bir nəfər sığortadan pul almaq
üçün ağlasığmaz bir üsula əl atıb. Avtomobilinin oğurlandığını deyən yaşlı adam maşınını torpağa basdırıb. Onun bu yalanını qonşular ifşa edib.
