“Hərbçilərimiz hücum əmrini yerinə yetirməyə qadir olduqlarını bir daha göstərəcəklər” – Şair Ramaldanov

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.

Metbuat.az-ın məlumatına görə, Sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Metbuat.az-a açıqlamasında bildirib ki, bu, çox gözəl addımdır və hərbçilər tərəfindən sevinclə qarşılanır: “Bildiyiniz kimi, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyev Silahlı Qüvvələri daima diqqətdə saxlayır və ən müasir silah-sursatla təmin edir. Bu gün Azərbaycan, Silahlı Qüvvələrinə görə Cənubi Qafqazda birincidir. Əlbəttə bu, birinci növbədə Ali Baş Komandanın orduya olan diqqət və qayğısınım nəticəsidir. Bu sərəncam onu göstərir ki, cənab prezident təkcə təminata, silah-sursata yox, həm də zabitlərin, onların ailə üzvlərinin sosial problemlərinə də diqqət göstərir. Hərbçilər son illər intensiv şəkildə evlərlə təmin edilirlər, ordunun 100 illiyi üçün də nəzərdə tutulub. Bundan əlavə, bildiyiniz kimi, martın 1-dən zabit və digər hərbçilərin maaşları 10% artılır. Bunlar hamısı müsbət qarşılanır”.

Hərbi ekspertin sözlərinə görə, hərbçilər Ali Baş Komandana minnətdarlığını, sadiqliyini, təşəkkürünü cəbhə bölgəsində öz vəzifələrini yerinə yetirməklə, yüksək, peşəkar hazırlıqla və xidmətlə göstərəcəklər: “Azərbaycan hərbçiləri, Müdafiə Nazirliyinin bütün şəxsi heyəti, əsgərindən tutmuş nazirə qədər hamısı hər an Ali Baş Komandana sadiqliyi ilə seçiliblər və bunu öz işlərilə, xidmətlərilə dəfələrlə nümayiş etdiriblər. Azərbaycan Silahlı Qüvvələri bundan sonra da hər hansı bir hücum əmrini yerinə yetirməyə qadir olduqlarını bir daha göstərəcəklər”.

Günay Elşadqızı \ METBUAT.AZ

“Danışıqlar Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında keçiriləcək” – Millət vəkilləri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı