“Onlar özlərinin varlığını təsdiq etmək üçün şou göstərməyə təşəbbüs edirlər” – Vüqar Rəhimzadə

Xəbər verdiyimiz kimi, radikal müxalifət sabah, martın 10-da birgə mitinq keçirmək istəyir.

Metbuat.az-ın məlumatına görə, bununla bağlı bir müddət öncə Milli Şura müxalifət partiyalarına müraciət etmişdi. Müsavat Partiyası Milli Şuranın birgə ümumxalq mitinqi keçirmək barədə müraciətinə müsbət yanaşsa da, REAL mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcəyini açıqlayıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, radikal müxalifətin sosial bazası yoxdur: “Onlar özlərinin varlığını təsdiq etmək məqsədilə müəyyən mənada şoular göstərməyə təşəbbüs edirlər. Sabah da onlar mitinq iddiası ilə, həvəsilə belə bir mitinq bəyan ediblər. Təbii ki, onlar xarici havadarlarının, xarici ölkələrdən Azərbaycanı istəməyən qüvvələrin əlində “5-ci kolon” qismində alət rolunu oynayan insanlardılar.

Onlar mənəviyyatını itirmiş, bütövlükdə xalqdan ayrı düşmüş adamlardılar. Davamlı olaraq mövcud sabitliyə xələl gətirməyə cəhd edirlər, öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Təbii ki, vətəndaşlarımız yaxşı bilir ki, kim-kimdir, kim nəyə qulluq edir. Onların əksəriyyəti qısa müddətlik hakimiyyətləri dövründə, 1991-1992-1993-cü illərdə nə qədər xalqdan, millətdən, dövlətdən ayrı düşdüklərini bir daha təsdiq elədilər.

Təbii ki, indi onların bu hərəkətləri mənasızdır. İndi vətəndaşlar onları lənətləyirlər və həmin insanları birdəfəlik tarixin arxivinə atıblar. Onlar artıq bu həyatda, bu cəmiyyətdə yeri olmayan insanlardır. Yeri olmayan insanlar bilirsiniz ki, dövlətə, cəmiyyətə, vətənə zərrə qədər xeyir verməyən insanlardır. Öz şəxsi mənafelərini hər şeydən üstün tutan insanlardılar. Ona görə də onlar xaricdən, erməni və ermənipərəst qüvvələrin əlində bir alətdilər, “5-ci kalon” qismində ölkəyə xələl gətirmək istəyirlər. Çox şükürlər olsun ki, xalq onların kim olduğunu yaxşı bilir və ona görə də onların sosial bazası 0 dərəcəsindədir.

Onların mitinq keçirmək istəyi də qanunsuzluqdur, əgər sənin sosial bazan varsa, aprel ayında keçirilən seçkilərdə iştirak edə bilərsən. Amma təbii ki, onların seçkidə iştirak etmək imkanları, imza vərəqələrini dolduracaq adamlar yoxdur. Onlara dəstək olanlar 0 dərəcədədir, bəzilərinin sadəcə 3-5 nəfər öz ailə üzvləri dəstək olur. Onların mitinqi məhz yaz və payız aylarına salması isə insanların həmin dövrdə aktiv olmasıdır, istəyirlər 3-5 nəfər adam bunları görsün. Dediyim kimi, onlar xakartercə zəif olan insanlardır”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənilərin başqalarını Azərbaycana qarşı qoyması bizdə qorxu mühiti yaratmır” – Zahid Oruc


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı