Azərbaycan millisinin seçmə mərhələdəki iki oyununa hakim təyinatları açıqlanıb

Azərbaycan millisinin seçmə mərhələdəki iki oyununa hakim təyinatları açıqlanıb
10:22 12 Oktyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Futzal üzrə dünya çempionatının seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin iki oyununa hakim təyinatları açıqlanıb. 
"Report"un məlumatına görə, oktyabrın 23-də Moldova ilə matçın əsas referisi çexiyalı Ondrey Çerny olacaq. Ona latviyalı İnqus Purins və almaniyalı İnqo Himsot köməklik göstərəcək. 
Oktyabrın 24-dəki Monteneqro ilə duel İnqo Himsota həvalə olunub. Ona Ondrey Çerny və portuqaliyalı Miqel Kastilyo yardımçı olacaq. 
Qeyd edək ki, hər iki görüş Bakı İdman Sarayında olacaq və saat 20:00-da başlayacaq. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv oktyabrın 26-da isə Slovakiya ilə qarşılaşacaq. Mundialın əsas mərhələsi 2020-ci ildə Litvada olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-iki-oyununa-hakim-teyinatlari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR