Azərbaycan Avropa ölkələrinə daha 54 ton fındıq ixrac edəcək

Azərbaycan Avropa ölkələrinə daha 54 ton fındıq ixrac edəcək
17:17 12 Oktyabr 2019
117 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan məhsulları oktyabrın 5-9-da Almaniyanın Köln şəhərində təşkil olunan “Anuga 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunub.
İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida sənayesi sahəsində fəaliyyət göstərən 18 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirib. Sərgi çərçivəsində azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar.
Fındıq istehsalı ilə məşğul olan Azərbaycanın “Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb, İtaliyada fəaliyyət göstərən distribüterlə 22 ton, Bolqarıstandan olan şirkətlə isə 10 ton fındıq məhsulun ixracına dair ilkin razılıq əldə edib.
Bundan başqa, “Ləzzət Biskvit və Şokolad Fabriki” şirkəti 20 ton qənnadı məmulatının, “Baku Konserv” və “Babək Sirab” şirkətləri məhsullarının ixracına dair ilkin razılıq əldə ediblər.



Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycan-avropa-olkelerine-daha-54-ton-findiq-ixrac-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR