Pərpətöyün şirəsinin insan orqanizmi üçün faydalarını açıqlanıb.
Metbuat.az xəbər verir ki, alternativ təbabət mütəxəssisi Aidin Salih müəllifi olduğu "Gerçek Tıp" kitabında bu bitkinin xüsusilə yabanı növünün və şirəsinin müalicəvi əhəmiyyəti barədə yazıb. Kitabda qeyd olunur ki, pərpətənə şirəsi daxilə qəbul edildikdə və ya xaricə tətbiq olunduqda bir çox xəstəliklərin qarşısını alır. Yabanı pərpətöyün həyətyanı sahələrdə yetişəndən daha təsirlidir.
Pərpətöyün şirəsinin əsas faydaları bunlardır:
İmmuniteti möhkəmləndirir
Mədə-bağırsaq parazitlərini təmizləyir.
Qanaxmaları saxlayır
Xroniki uşaqlıq və babasil qanaxmalarının qarşısını alır.
Daxili organları müalicə edir
Böyrək, sidik kisəsi, qaraciyər və dalaq xəstəliklərində effektivdir. Salihə görə, böyrək xəstəliklərinə qarşı yabanı pərpətöyündən daha təsirli vasitə yoxdur.
Dəri problemlərini aradan qaldırır
Zillilərin düşməsinə kömək edir, kompres şəklində tətbiq edildikdə iltihablı şişləri və qızılca (yılancık) xəstəliyini sağaldır.
Baş ağrısı və qızdırmanı düşürür
Şirəni içmək və ya baş dərisinə çəkmək yüksək qızdırmanı və şiddətli baş ağrılarını yüngülləşdirir.