Mixail Saakaşvili Azərbaycan vətəndaşlığı ala bilər?

Son zamanlar Ukrayna sərhədini qanunsuz olaraq, tərəfdarlarının köməkliyi ilə polis barrikadasını yararaq keçən Gürcüstanın eks prezidenti Mixail Saakaşvilinin adı son zamanlar yenidən qalmaqallarla hallanır.

Gürcüstan tərəfindən axtarışda olan, Ukrayna vətəndaşlığından məhrum edilən Mixail Saakaşvili prezident olduğu 2004-2013 illərdə Azərbaycanla da çox yaxşı münasibətdə olub. Bu isə ortaya maraqlı sual çıxır – Saakaşvili Azərbaycana gələ, buradan sığınacaq ala bilərmi?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev bunun mümkün olmadığını bildirir: “Heç bir dövlətdə, xarici siyasətdə qardaşlıq, dostluq birinci məfhum deyil. Çünki hər bir dövlətdə ümumi maraqlar olmalıdır. Bu gün əgər Saakaşvili Gürcüstan tərəfindən axtarışa verilmiş hər hansı bir şəxsdirsə, Gürcüstanla Azərbaycan arasında ikitərəfli münasibət, ikitərəfli protokollar varsa, düşünürəm ki, o, sığınacaq kimi ölkəmizə gələ bilməz. Heç Azərbaycan dövləti də ona sığınacaq vermək üçün qəbul edə bilməz. Bu, inandırıcı deyil”.

Günay Elşadqızı \ METBUAT.AZ

O, Ukraynanın prezidenti olmaq istəyir? - Saakaşvilinin məqsədi... - OXUMAQ ÜÇÜN TIKLAYIN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı