Bu şəxslərə çox dondurma yemək zərərlidir

Bir qab dondurmadan alınan kalorini 2-3 saat idman məşqi və ya fiziki işlə yandırmaq olar.

Metbuat.az Medicina.az-a istinadən xəbər verir ki, dietoloq Ancelika Dyuval dondurmanın normasını açıqlayıb.

“Dondurma ən yüksək kalorili, şəkərli qidadır. Kiçik bir dondurmada 400 kalori var. Əgər siz qida qəbulu ilə yanaşı dondurma yesəz, bu artıq 1000 kaloridir. Dondurmanı hər gün yemək olmaz. Gündəlik norma 50 qramdır.

Artıq çəki, piylənmə, diabeti olanlar dondurmanı həftədə 1 dəfə yeyə bilər. Dondurma alarkən əlavə süni dadlandırıcı, rənglər və konservantlar olmamasına diqqət yetirin. Dondurmanı günün birinci yarısı yemək lazımdır. Kalorini yandırmaq üçün idman edin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı