"Görünüşümə görə dəfələrlə rədd cavabı aldım" - Məşhur model

"Görünüşümə görə dəfələrlə rədd cavabı aldım" - Məşhur model
19:57 26 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Məşhur model Shanina Shaik dəri rənginə görə ayrı seçkiliyə məruz qaldığını açıqlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, məşhur model karyerasının əvvəlində modelyerlər tərəfindən ayrı-seçkiliyə məruz qalması haqqında danışıb.

''Viktoria Sekret''in modeli olan 28 yaşlı Sheik ''Görünüşümün və dəri rəngimin fərqli olduğunu, mənim istəsəm belə, əsla model ola bilməyəcəyimi dəfələrlə eşitmişəm. Modelyerlər, müştərilər dəfiləyə çıxa bilməyəcəyimi belə deyirdilər'' sözlərini deyib. Model moda dünyasının hələ də dəyişmədiyini və bu gün də bəzən ayrı seçkiliklə qarşılaşdığını bildirib.

Qeyd edək ki, Sheik Avstraliyada doğulub. Atası Səudiyyə Ərəbistanından, anası isə Litva əsillidir.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR